İdman24
Voleybol · APA Sport

Polina Rəhimova millidəki karyerasını başa vurub

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova yığmadakı karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, təcrübəli hücumçu milli komandadakı son oyununu bu gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə yığmasına qarşı keçirib.

Oyundan sonra Azərbaycan Voleybol Federasiyası adından Rəhimovaya uzun illər ərzində milli komandaya və ölkə voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gül təqdim olunub.

Orijinal mənbə

İdman24 əsas səhifə