İdman24
Digər · APA Sport

APA Group yeni mövsümə başladı - VİDEO

Yeni mövsümdə media qrupa daxil olan saytların sosial media platformaları ilə daha sıx inteqrasiyası əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə saytlarda video kontentin həcminin artırılmasına, xüsusilə sosial media auditoriyasına uyğun qısa və dinamik video formatların genişləndirilməsinə başlanılıb.

Vesti.az , Lent.az və Kulis.az saytlarının mobil versiyalarının dizaynı yenilənib. Saytlara “Reels” formatında videoların əlavə edilməsi sosial media yönümlü video kontentin istehsalını və yayımını daha da genişləndirib. APA Group-a daxil olan digər saytların, eləcə də APA İnformasiya Agentliyinin mobil versiyalarının yenilənməsi istiqamətində də işlər davam etdirilir.

Süni intellekt yeni inkişaf istiqamətlərindən biridir

APA TV yeni mövsümdə yeni proqramlarla efirdədir

Yeni mövsümdə APA TV-nin proqram xətti də genişləndirilir. Tamaşaçılara müxtəlif mövzu və formatlarda yeni və yenilənmiş layihələr təqdim olunacaq:

“Xəbəraparan”, “İmpuls”, “Sözüm var”, “İman”, “Sözqaytaran”, “ APA Sport”, “Ekstra müsahibə”, “Yerində”, “Ulucayla gündəm”, “Şəxsi əşyalar” və “Künc-Bucaq”.

Yeni proqramlarla APA TV-də xəbər və müsahibələrlə yanaşı, sosial, mədəni, dini-irfani, idman və gündəm mövzularında fərqli formatların payı artırılacaq.

Sosial media fəaliyyəti genişləndirilir

Orijinal mənbə

İdman24 əsas səhifə