Digər · APA Sport
Cüdoçumuz dünya çempionatına qələbə ilə başladı - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Kənan Nəsibov yarışa 1/16 final mərhələsindən başlayıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Almaniya təmsilçisi Losseni Kone ilə üz-üzə gəlib.
Nəsibov rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.