İdman24
Digər · APA Sport

Üzgüçümüz Belarus Açıq Kubokunda bürünc medal qazandı

Azərbaycan millisinin üzvü Fatimə Alkərəmova Belarus Açıq Üzgüçülük Kubokunda fəxri kürsüyə yüksəlib.

Apasport.az xəbər verir ki, Minskdə keçirilən yarışda təmsilçimiz qarışıq üsulla 400 metr məsafəni 5:11.93 nəticə ilə başa vuraraq bürünc medal qazanıb.

Fatimə Alkərəmova bras üsulu ilə 100 metr məsafədə də şəxsi rekordunu yeniləyib. O, məsafəni 1:17.41 nəticə ilə başa vuraraq əvvəlki ən yaxşı göstəricisini (1:17.50) geridə qoyub.

Qeyd edək ki, Belarus Açıq Üzgüçülük Kuboku iyulun 14-18-də keçirilib. Azərbaycanı yarışda Fatimə Alkərəmova təmsil edib. Onun məşqçisi Yana Xasyanovadır.

Orijinal mənbə

İdman24 əsas səhifə