İdman24
Basketbol · APA Sport

Məşqçilər üçün seminar və imtahan təşkil ediləcək

Azərbaycan Basketbol Federasiyası B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanları keçirəcək.

Apasport.az xəbər verir ki, tədbir sentyabrın 12-13-də Bakı İdman Sarayında təşkil olunacaq.

Təlimlər məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C dərəcəsinə malik mütəxəssislərin isə B kateqoriyasına yüksəlməsi üçün nəzərdə tutulub. Sentyabrın 12-də məşqçilik seminarı, ertəsi gün isə yazılı və praktiki imtahanlar keçiriləcək.

2026/2027 mövsümü üçün qüvvədə olan yeni qaydalara əsasən, gənclərdən ibarət milli komandalarda, həmçinin ABF bayrağı altında keçirilən yarışlarda baş məşqçi kimi fəaliyyət göstərmək üçün minimum B kateqoriyası tələb olunur.

Orijinal mənbə

İdman24 əsas səhifə