Digər · APA Sport
Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq

“Fənərbaxça”nın futbolçusu Matteo Genduzi UEFA İntizam Komitəsinin qərarına etdiyi apellyasiyadan sonra cəzasını azaldıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin etirazı təmin olunub.
Fransalı yarımmüdafiəçinin 4 oyunluq cəzası 3 matça endirilib.
Bu cəzanın 2 oyunu 1 illik sınaq müddəti olmaqla təxirə salınıb.
Sentyabrın 10-da “Roma” ilə görüşü cəza səbəbindən buraxan Genduzi oktyabrın 14-də “Aston Villa”ya qarşı keçiriləcək matçda iştirak edə biləcək.