Digər · APA Sport
Paraqvayın rəqibi bəlli oldu - Almaniya ilə qarşılaşacaq

DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, Paraqvay pley-offun ilk mərhələsində Almaniya millisi ilə üz-üzə gələcək.
D qrupunu üçüncü pillədə başa vuran Paraqvay ən yaxşı üçüncülər sırasına düşərək son 32-yə yüksəlib. Almaniya isə E qrupunu lider tamamlayıb.
Qeyd edək ki, Almaniya - Paraqvay qarşılaşması iyunun 29-da keçiriləcək.