Digər · APA Sport
Neymarın 2 qol ötürməsi “Santos”a qələbə qazandırdı

Cənubi Amerika Kubokunun 1/8 final mərhələsinin ilk oyununda “Santos” Ekvadorun “Makara” klubunu məğlub edib.
Apasport.az xəbər verir ki, Braziliya təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib.
“Santos”un heyətində Qabriel Barbosa və Vilyan Arau hərəyə bir dəfə fərqlənib. Neymar isə hər iki qolun məhsuldar ötürməsini verib.
Qonaqların yeganə qolunu Franko Posse vurub.
Komandalar arasında cavab qarşılaşması avqustun 21-də keçiriləcək.