Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir" Komanda 12 noyabr, 2026 12:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq Azərbaycanın qadın voleybolu üçün çox mühüm hadisədir.
Bunu "Report" a açıqlamasında "Turan" klubunun oyunçusu Yuliya Kərimova deyib.
Voleybolçu Bolqarıstanın "Maritsa" komandasına qarşı cavab görüşü barədə fikirlərini bölüşüb:
"İlk oyundakı qələbədən sonra psixoloji üstünlüyümüz var idi. Lakin cavab qarşılaşmasının asan keçməyəcəyini anlayırdıq. Rəqibə hörmətlə yanaşaraq və üzərimizə düşən məsuliyyəti dərk edərək meydana maksimum konsentrasiya ilə çıxmışdıq. Məqsədimiz yalnız oynamaq deyil, əvvəlki görüşdə əldə etdiyimiz nəticəni təsdiqləmək idi".
O, tribunaların yaratdığı ab-havanın komandaya əlavə ruh yüksəkliyi verdiyini qeyd edib:
"Azarkeşlərin dəstəyi bizim üçün çox vacib idi. Oyun boyunca onların enerjisini və səmimiyyətini hiss edirdik. Belə atmosfer insana əlavə güc və motivasiya verir. Göstərdikləri dəstəyə və bizə olan inamlarına görə hamıya böyük təşəkkürümü bildirirəm. Həmçinin, məqsədimizə çatmağımız naminə gördükləri bütün işlər üçün klub rəhbərliyinə xüsusi minnətdaram. Yalnız irəli, yalnız qələbə!".
Oyunçu CEV Çempionlar Liqasının qrup mərhələsindəki hədəflərindən də danışıb:
"İlk növbədə, klubumuzu və Azərbaycanı Avropa arenasında layiqincə təmsil etmək istəyirik. Qarşıda bizi ciddi rəqiblərin və çətin oyunların gözlədiyini anlayırıq. Məqsədimiz keyfiyyətli voleybol nümayiş etdirmək, hər görüşdə mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni əldə etməkdir".
Y.Kərimova qazanılan qələbənin ölkə idmanı üçün əhəmiyyətini vurğulayıb:
"Bu, bütün Azərbaycan qadın voleybolu üçün çox mühüm addımdır. Belə uğurlar klublarımızın qitə səviyyəsində rəqabət aparmaq gücündə olduğunu göstərir. Ümid edirəm ki, nailiyyətimiz gənc voleybolçular üçün əlavə stimul olacaq və ölkəmizdə bu idman növünün inkişafına yeni təkan verəcək".
Qeyd edək ki, CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" kollektivini səfərdə 3:0 hesabı ilə məğlub edən "Turan", Tovuz Olimpiya İdman Kompleksində baş tutan cavab görüşündə də rəqibindən üstün olub (3:0) və qrup mərhələsinə vəsiqə qazanıb.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 03:25 Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib Digər ölkələr 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika 02:09 Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq Energetika 02:02 Foto İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Yenilənib Xarici siyasət 01:41 Millətlər Liqası: İtaliya Fransanı məğlub edib, Türkiyə qələbəni əldən verib Komanda 01:27 Harri Keyn İngiltərə millisində oyun sayına görə rekord müəyyənləşdirib Futbol 01:17 Foto Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb Xarici siyasət 01:15 Vaşinqtonda atışmanın təfərrüatları məlum olub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.