İdman24
Futbol · APA Sport

“Azərbaycan futbolunun dünya xəritəsində olmasından zövq almalıyıq”

"Cəmi 9 il əvvəl yaradılmış bir klub üçün “Mançester Yunayted” – “Sabah” qarşılaşmasının özü belə artıq qələbə sayıla bilər. Azərbaycan futbolunun hazırda dünya xəritəsində olmasından zövq almalıyıq".

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov deyib.

Mütəxəssis “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Mançester Yunayted”lə keçirəcəyi oyunla bağlı fikirlərini bildirib: "Bayquşlar"ın səfər matçında uğur qazanmaq şansları kifayət qədər realdır. “Sabah” bizi artıq müəyyən oyun üslubuna alışdırıb və Dambrauskas komandanı rəqiblərə həmişə çox yaxşı uyğunlaşdırıb. Düşünürəm ki, təmsilçimiz bu görüşdə də taktiki cəhətdən hazır olacaq".

O, “Sabah”ın peşəkarlıq səviyyəsini də yüksək qiymətləndirib: “Sabah” yüksək peşəkarlığa malik, əla mütəxəssislərin çalışdığı bir klubdur. Əminəm ki, komanda statusundan və turnirdən asılı olmayaraq hər matça həm fiziki, həm də mental baxımdan hazır olacaq".

Orijinal mənbə

İdman24 əsas səhifə