İdman24
Digər · APA Sport

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti möhtəşəm uğura imza atıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyası açıqlayıb.

Atıcımız 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.

Ruslan Lunev təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub, birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.

Orijinal mənbə

İdman24 əsas səhifə