İdman24
Digər · Report İdman

Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı" Fərdi 12 oktyabr, 2026 15:23 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qalıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, Azərbaycan cüdoçularının mundialdakı uğurlu çıxışından danışıb:

"Dünya çempionatı bizim üçün yaxşı nəticələrlə yadda qaldı. Hesab edirəm ki, bu yarış uzun müddət xatirələrdə xüsusi yer tutacaq. İlk növbədə Azərbaycan Cüdo Federasiyası olaraq Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Sözsüz ki, dövlət başçısının yarışın ikinci günündə, açılış mərasimində iştirakı və dünya çempionatında komandamıza dəstək verməsi Azərbaycan Cüdo Federasiyası rəhbərliyi üçün qürur mənbəyi oldu. Eyni zamanda, növbəti günlərdə də mütəşəkkil fəaliyyətimiz üçün əlavə stimul oldu".

R.Rəsullu əsas hədəfin 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunları olduğunu vurğulayıb:

"Azərbaycan Cüdo Federasiyası olaraq nəticələri yüksək qiymətləndiririk. 7 çəkidən 5-də medal qazanmışıq. 5 idmançımız ilk dəfə mundialda medal qazandı. Bütün bunlar heyətin dərinliyini göstərir. Əsas məqsədimiz 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadır".

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 15:40 Azərbaycan və Kamboca əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq Biznes 15:37 Kambocalı nazir Azərbaycan ilə biznes əlaqələrini inkişaf etdirməyə çağırıb Biznes 15:36 Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb Turizm 15:35 Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz Region 15:34 Elnur Məmmədli: "Cüdoçularmız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər" Fərdi 15:32 Azərbaycan güləşçiləri veteranlar arasında dünya çempionatında 3 gümüş medal qazanıblar Fərdi 15:32 Mikayıl Cabbarov: "Kamboca ilə ticarət əlaqələri daha da genişləndirilə bilər" Biznes 15:32 Paşinyan: Azərbaycan və Ermənistan arasında sülh həm de-fakto, həm də de-yure müəyyən edilib Xarici siyasət 15:30 Kozarev: Azərbaycan və Serbiya 2027-ci ildə yüksək səviyyəli görüşlər planlaşdırır Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə