İdman24
Şahmat · APA Sport

FİDE prezidenti istefa verdi – Səbəb Aİ sanksiyaları

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç vəzifəsinin icrasını müvəqqəti dayandırıb.

Apasport.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Buna Avropa İttifaqının Dvorkoviçi 21-ci sanksiyalar siyahısına daxil etməsi səbəb olub. O, qərarı qanunsuz və ədalətsiz adlandıraraq bütün mümkün hüquqi vasitələrlə ona etiraz edəcəyini bildirib.

Dvorkoviç qeyd edib ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin sabit fəaliyyətinə mane ola bilər. Bu səbəbdən o, təşkilatın maraqlarını nəzərə alaraq prezident səlahiyyətlərini könüllü şəkildə dərhal dayandırmaq qərarına gəlib.

FİDE-nin nizamnaməsinə əsasən, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq təşkilatın vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.

Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilmişdi.

Orijinal mənbə

İdman24 əsas səhifə