Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 27° C USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Fərdi 16 sentyabr, 2026 13:21 Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblər.
"Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 8-dən başlanan təsnifat yarışlarında idmançılar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış ediblər.
Aprelin 8–12-də Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda lisenziyaya sahib olublar.
Sentyabrın 11–13-də İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov IV Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, eləcə də 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.963 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 14:10 Abdullah Zubir: "Səudiyyə Ərəbistanı klubuna keçmək üçün doğru zaman olduğunu hiss etdim" - MÜSAHİBƏ Futbol 13:59 Foto SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib Energetika 13:51 Con Koul: Belarus və ABŞ qalan məsələlərin həlli üzrə işi davam etdirəcəklər Digər ölkələr 13:46 "Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatdığını açıqlayıb Futbol 13:43 Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib Region 13:37 Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb Digər ölkələr 13:36 Çin İran və ABŞ-ni İslamabad memorandumuna qayıtmağa çağırır Digər ölkələr 13:30 Yaşar Sarı: "Orta Dəhliz kritik faydalı qazıntıların Qərb bazarlarına nəqlində yeganə əlverişli marşrutdur" İnfrastruktur 13:21 Qazaxıstanlı ekspert: "Orta Dəhlizin rəqabət qabiliyyəti öz keyfiyyətinə əsaslanmalıdır" İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.