Azərbaycanın 20 yaşadək voleybolçu qızları Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın 20 yaşadək voleybolçu qızları Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək İdman 30 sentyabr, 2026 19:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 20 yaşadək voleybolçu qızları Avropa çempionatının 1-ci təsnifat (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) mərhələsində iştirak edəcək.
Bu barədə "Report" a Voleybol Federasiyasından məlumat verilib.
Bildirilib ki, 22-25 oktyabr 2026-cı il tarixlərində Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstan milli komandaları mübarizə aparacaqlar.
Millimiz A qrupunda Polşa və Latviya yığmalarına qarşı çıxış edəcək.
Digər qrupda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alacaqlar.
Reqlamentə əsasən, qruplarda 1-ci yeri tutacaq komandalar (A1–B1) turnirin qalibini müəyyənləşdirmək üçün həlledici oyunda qarşılaşacaqlar. Qruplarda 2-ci və 3-cü yerləri tutacaq komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər.
A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 2, 3 və 4-cü yerləri tutacaq komandalar isə qitə çempionatının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.
U-20 Avropa çempionatının 1-ci təsnifat mərhələsi (EEVZA) (Gürcüstan, Rustavi)
A qrupu: Azərbaycan, Polşa, Latviya
B qrupu: Estoniya, Gürcüstan, Ermənistan, Ukrayna
Oyunların başlama saatı yerli vaxtla göstərilib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 19:44 Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin təhlilini müzakirə edib Maliyyə 19:38 "Birliyin Gücü – 2026": Hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar Hərbi 19:33 Foto Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb Hadisə 19:30 Özbəkistanın EAS şirkəti SOCAR üçün dron əleyhinə sistemlərin quraşdırılması üzrə danışıqlar aparacaq Energetika 19:28 Həsənzadə: ABŞ SEPAH və "Bəsic" qərargahlarına hücumla heç nəyə nail olmayıb Region 19:23 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik" Futbol 19:22 Foto Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub" Energetika 19:20 Emin Mahmudov: "Lixtenşteyn oyunu öncəsi məsuliyyət var" Futbol 19:16 Karapetyanın silahdaşı Aleksanyan ev dustaqlığına buraxılıb Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.