İdman24
Futbol · Report İdman

Messi Argentina millisində vida matçını keçirib

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 20° C USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Messi Argentina millisində vida matçını keçirib Futbol 07 oktyabr, 2026 06:03 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Argentina futbol millisi ulduz hücumçu Lionel Messinin yığma komandadakı vida matçında Benin seçməsini 3:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, Buenos-Ayresdəki "Monumental Antonio Vespussi Liberti" stadionunda keçirilən qarşılaşmadan əvvəl tribunaya Messinin 10 nömrəli formasının və "GRACIAS" yazısının əks olunduğu nəhəng banner açılıb.

Matçın 10-cu dəqiqəsində oyun dayandırılıb və Argentina millisinin 10 nömrəli futbolçusu növbəti dəfə alqışlarla yola salınıb. Bir dəqiqə ərzində stadionda olan azarkeşlər və hər iki komandanın futbolçuları Messini alqışlayıblar.

İlk hissə qolsuz başa çatıb. İkinci hissədə Nikolas Otamendi, Niko Pas və Lionel Messi fərqləniblər. Görüşün əsas qəhrəmanı olan Messi isə vurulan hər üç qolda iştirak edib və iki məhsuldar ötürmə verib.

Əfsanəvi hücumçu Argentina millisində ilk oyununu 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) keçirib. Messi yığmanın heyətində ümumilikdə 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə edib.

O, Argentina ilə 2022-ci ildə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu (2021, 2024) və 2022-ci ildə Finalissimani qazanıb.

Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisində çıxışını başa çatdıracağını açıqlayıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Месси провел прощальный матч за сборную Аргентины --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 06:33 Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq Energetika 06:03 Messi Argentina millisində vida matçını keçirib Futbol 05:24 Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb Xarici siyasət 05:14 ABŞ-nin İrana qarşı döyüşlərində 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb Digər ölkələr 04:43 Britaniya Suriyanın sabiq iqtisadiyyat nazirinə qarşı sanksiyaları ləğv edib Digər ölkələr 04:18 Vens: İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır Digər ölkələr 03:45 ISIS: Peyk görüntüləri İrandakı "nüvə obyektində" yeni aktivlikdən xəbər verir Region 03:13 Venesuelanın gücünə görə ikinci neft emalı zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb Digər ölkələr 02:38 Cek Nikolsonun "Parıltı" filmində istifadə etdiyi balta yenidən hərraca çıxarılıb Maraqlı Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə