Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb Futbol 18 sentyabr, 2026 14:03 Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib.
"Azərbaycan Kubokunun finalı Gəncədə baş tutacaq. Biz Premyer Liqa oyunları bu arenada keçirilməmişdən əvvəl təftiş və sınaq xarakterli oyun keçirmişdik. Bundan əlavə, stadionun bütün otaqları, infrastruktur obyektlərinə baxış olub. Sevindirici haldır ki, Gəncə kimi tarixi şəhərimizdə belə stadion var. Hiss olunur ki, son bir ayda bu şəhərdə futbol bayramı yaşanır. Çempionat matçlarına çox sayda azarkeş gəlir. Peşəkar Futbol Liqası finalın bu arenada təşkil olunması təklifi ilə çıxış etdi. AFFA prezidenti Rövşən Nəcəfin qərarı, gənclər və idman naziri Fərid Qayıbovun dəstəyi ilə Azərbaycan Kubokunun finalını bu möhtəşəm arenada keçirəcəyik. Bu, futbolsevərlər üçün bayram olacaq", - o bildirib.
PFL rəsmisi başqa variantlar olduğunu da vurğulayıb:
"Son illərdə bir neçə stadion Azərbaycan Kubokunun finalına ev sahibliyi edib. Bütün stadionlar bizim üçün potensial namizəd idi. Amma Gəncədəki stadionunun xüsusi özəlliyi var. Tarixi məkandır, həm də yenidənqurmadan sonra belə nüfuzlu matçın burada baş tutması maraqlı olacaq".
Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.
Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 15:15 Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib Daxili siyasət 15:05 Hacıqabulda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi olacaq ASK 15:05 Foto Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirib Daxili siyasət 15:00 Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyəti Malayziyaya işgüzar səfər edəcək İnfrastruktur 14:59 "Sizin Lombard"ın istiqrazlarına 52 investor maraq göstərib Maliyyə 14:44 Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib Digər ölkələr 14:43 Foto Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Sağlamlıq 14:40 Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 13 %-ə yaxın artıb İKT 14:39 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.