Futbol · APA Sport
"Kəpəz" Azərbaycan millisi ilə heç-heçə etdi

Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib.
Görüş heç-heçə nəticələnib. Komandalar hərəyə iki qol vurublar - 2:2.