Digər · APA Sport
Ceko daha 1 il “Şalke”də - RƏSMİ

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Ceko karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Şalke” 40 yaşlı futbolçu ilə yeni müqavilə imzaladığını açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmə bir mövsüm üçün nəzərdə tutulub.
Qeyd edək ki, Ceko 2026-cı ilin qışında azad agent kimi “Şalke”yə transfer olunmuşdu.