Azərbaycan AQEM-in Astana mənzil-qərargahına Qarabağ atının heykəlini hədiyyə edib

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 16° C USD - 1.700 EUR - 1.901 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan AQEM-in Astanadakı mənzil-qərargahına Qarabağ atının heykəlini hədiyyə edib Xarici siyasət 05 oktyabr, 2026 12:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Astanadakı mənzil-qərargahında birliyə sədrlik edən Azərbaycanın hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub.
"Report" un Qazaxıstan bürosunun verdiyi məlumata görə, mərasim oktyabrın 5-də qeyd olunan AQEM Gününə həsr olunub. Tədbirdə AQEM-in Baş katibi Kayrat Sarıbay və Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov iştirak ediblər.
Mərasimdə çıxış edən Ə.Əsgərov qeyd edib ki, Qarabağ atı Azərbaycanın milli irsinin bir hissəsidir və cəsarət, sədaqət və etimadı simvolizə edir. Onun sözlərinə görə, heykəl Azərbaycanın AQEM-ə üzv dövlətlərlə dostluğunun rəmzi olacaq.
Səfir vurğulayıb ki, Azərbaycanın sədrliyinin prioritetləri nəqliyyat əlaqələrinin inkişafı, kiçik və orta biznesin, qadın sahibkarlığının və yaşıl iqtisadiyyatın dəstəklənməsidir. Kibertəhlükəsizlik, fərdi məlumatların qorunması, mədəni əlaqələr və gənclərin əməkdaşlığına da xüsusi diqqət yetirilir.
Kayrat Sarıbay hədiyyəyə görə Azərbaycana təşəkkür edib və qeyd edib ki, bu üzv dövlətlərin təqdim etdiyi və Asiyanın mədəni müxtəlifliyini əks etdirən incəsənət əsərləri kolleksiyasını zənginləşdirib.
Baş katib vurğulayıb ki, son dörd il ərzində AQEM ölkələri etimadın möhkəmləndirilməsi üzrə 100-ə yaxın tədbir keçirib. Onlar terrorla mübarizə, kibertəhlükəsizlik, nəqliyyat, ekologiya, sahibkarlıq və digər istiqamətləri əhatə edib. Onun sözlərinə görə, birlik ardıcıl surətdə dialoqdan praktiki əməkdaşlığa və konkret nəticələrə doğru irəliləyir.
Bundan başqa, Sarıbay Azərbaycan sədrliyinin ekoloji gündəliyin inkişafına, gənclərin qarşılıqlı əlaqəsinə və AQEM Qadınlar Şurasının fəaliyyətə başlamasına verdiyi töhfəni qeyd edib.
AQEM-in 7-ci sammiti oktyabrın 15-də Bakıda keçiriləcək. Səfir Əlimirzamin Əsgərov görüşün əldə olunmuş irəliləyişi möhkəmləndirməyə və birliyin inkişafının növbəti mərhələsini müəyyən etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Rövşən İlyasov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Азербайджан подарил штаб-квартире СВМДА в Астане скульптуру карабахского коня Foto Karabakh horse sculpture unveiled at CICA headquarters in Astana USD - 1.700 EUR - 1.901 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 14:22 Cüdo üzrə dünya çempionatı: Gültac Məmmədəliyeva təsəlliverici görüşdə məğlub olub - YENİLƏNİB Fərdi 14:15 Foto Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Hadisə 14:13 AQP: Ötən ay mənzil satışında qiymət artımı sürətlənib Biznes 14:08 Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib Region 14:00 Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir Futbol 13:59 Məcnun Məmmədov: "Kənd təsərrüfatında istifadə olunan suyun həcmi ölçüləcək" - EKSKLÜZİV ASK 13:44 Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub Digər ölkələr 13:44 Məcnun Məmmədov: "Cəbrayılda ilk istixana sənaye zonası qurulur" ASK 13:36 Nazir: "Birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq" ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.