İdman24
Digər · APA Sport

İspaniya De la Fuente ilə davam edir

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yığmadakı fəaliyyətini davam etdirəcək.

Apasport.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) 65 yaşlı mütəxəssislə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

Federasiya prezidenti Rafael Louzan tərəflərin yeni anlaşmanın son detallarını yekunlaşdırdığını açıqlayıb.

De la Fuentenin hazırkı müqaviləsi AVRO-2028-dən sonra başa çatmalı idi. Yeni anlaşma ilə onun ən azı İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatında da yığmanın başında olması nəzərdə tutulur.

Yeni müqavilə ilə mütəxəssisin maaşında da ciddi artım olacaq. RFEF rəhbərinin sözlərinə görə, De la Fuente dünyanın ən yüksək maaş alan milli komanda çalışdırıcılarından biri olacaq.

Qeyd edək ki, Luis de la Fuente İspaniya millisi ilə 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının, 2026-cı ildə isə dünya çempionatının qalibi olub.

Orijinal mənbə

İdman24 əsas səhifə