İdman24
Döyüş İdmanı · APA Sport

U-17 DÇ: Fatimə Bayramova mundiala parlaq qələbə ilə başladı

Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

Apasport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində israilli Sela Rozovu tam üstünlüklə məğlub edib.

Bayramova rəqibini 11:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə