Basketbol · APA Sport
"Naxçıvan" Murad Babayevi heyətinə qatıb

"Naxçıvan" daha bir gənc basketbolçunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Murad Babayevlə 1 illik müqavilə imzalanıb.
20 yaşlı oyunçu son olaraq NTD klubunun şərəfini qoruyub. M.Babayev həmçinin bu yay FIBA U-20 Avropa çempionatının B divizionunda Azərbaycan millisinin heyətində çıxış edib.