İdman24
Futbol · Report İdman

Qarabağda balıqçılıq üçün torpaq sahəsi əldə etmək mümkün olacaq

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qarabağda balıqçılıq üçün torpaq sahəsi əldə etmək mümkün olacaq ASK 05 noyabr, 2026 15:36 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Qarabağda investisiya qaydasında balıqçılıq istiqaməti üzrə torpaq sahəsi əldə etmək mümkün olacaq.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.

"Qarabağda investisiya qaydasında torpaqların verilməsidir 236 nömrəli fərmada indiyə kimi daha çox heyvandarlıq, bitkiçilik, çoxillik əkinlər, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, bir də arıçılıq istiqamətləri var idi. Fərman layihəmizə artıq balıqçılıq da daxil olacaq. Bununla bağlı əlavə olaraq, 1 323 nömrəli fərmanda da dəyişiklik gözlənilir",-deyə o qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi deyib ki, bir sıra qanunlarda da dəyişikliklər olacaq: "Misal üçün, "Aqroparklar haqqında nümunəvi əsasnamə"yə biz balıqçılığın daxil edilməsi niyyətindəyik və bunun ilkin layihəsi hazırlanır. Əlavə olaraq, Torpaq Məcəlləsində başqa bir dəyişiklik layihəsi də hazırlanır. Akvakultura təsərrüfatları torpaq kateqoriyasının dəyişdirilməsindən azad olacaqsa, biz deyirik ki, eyni zamanda təsərrüfatlarda bərpa olunan enerji mənbələrindən istifadə edilirsə, o qurğuların və sistemlərin yerləşdirilməsi üçün də torpaq kateqoriyasının dəyişdirilməsindən azad olsunlar. Məsələn bir balıqçılıq və ya akvakultura müəssisəniz var, orada əlavə olaraq günəş panelləri yerləşdirmək, bərpa olunan enerji, külək və ya başqa mənbələrdən istifadə etmək istəyirsiniz. Bu qurğular, xüsusən də günəş panellərini nəzərə alsaq, kifayət qədər yer tuturlar. Niyyətimiz sizi bu inzibati yükdən də azad etməkdir".

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Fatimə Bağırova Sosial şəbəkələrdə paylaşın Kopyalandı В Карабахе будут выделять земельные участки для развития рыбоводства Land plots in Azerbaijan's Garabagh to be allocated for aquaculture development --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 16:46 Video Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Daxili siyasət 16:45 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Hadisə 16:43 "Baku TV"nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib Media 16:41 AQP oktyabr ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb İnfrastruktur 16:39 Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib Region 16:36 Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq Ekologiya 16:25 Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb edilməsi müzakirə olunub İKT 16:23 Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir Xarici siyasət 16:20 Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə