İdman24
Digər · APA Sport

Yoxlama matçı: "Qalatasaray" "Monza"ya məğlub olub

Türkiyənin "Qalatasaray" klubu yeni mövsümə hazırlıq çərçivəsində keçirdiyi növbəti yoxlama oyununda məğlub olub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Monza" komandası ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub.

İlk hissədə Andrea Karboni 23-cü dəqiqədə hesabı açıb. Fasilədən dərhal sonra isə Patrik Kutrone 49-cu dəqiqədə fərqi iki topa çatdıraraq matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, "Qalatasaray" yeni mövsüm öncəsi hazırlıq proqramı çərçivəsində avqustun 2-si "Renn"lə, 8-i isə "Vilyareal"la qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə