Gəncədə ilk dəfə voleybol festivalı keçirilib

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 22° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Gəncədə ilk dəfə voleybol festivalı keçirilib Komanda 08 oktyabr, 2026 17:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və "Gəncə" Voleybol Klubunun təşkilatçılığı ilə ilk dəfə baş tutan festival "Voleybolun nəbzi Gəncədə döyünür!" şüarı altında təşkil olunub.
"Report" un Qərb bürosunun məlumatına görə, festivalın keçirilməsində əsas məqsəd Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqidir.
Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə "ustad dərsləri" keçirilib, həmçinin dostluq oyunu təşkil olunub. 10–14 yaşlı uşaqlar arasında minivoleybol turniri, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil olunub.
"Gəncə" Voleybol Klubunun prezidenti Elvar Osmanovun sözlərinə görə, festival Gəncədə əsl idman bayramına çevrilib:
"Burada uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər. Belə festivalların keçirilməsi uşaqlar və gənclər arasında əsl idman təbliğatıdır".
"Gəncə" Voleybol Klubunun 2026/2027 mövsümü üçün formalaşdırılan heyətinin azarkeşlərə təqdim edilməsi festivalın xüsusi məqamlarından biri olub.
İştirakçılar və azarkeşlər voleybolçular ilə görüşüb, onlardan avtoqraf alıb, xatirə şəkilləri çəkdiriblər. Eyni zamanda, festivalın rəngarəngliyini artırmaq məqsədilə fləşmob keçirilib.
Festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təşkil edilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Bölgə xəbərləri Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:12 Foto Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb - YENİLƏNİB Xarici siyasət 18:06 Foto Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub Xarici siyasət 18:04 Foto Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olunub Sağlamlıq 17:58 Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb Xarici siyasət 17:58 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Ekologiya 17:57 Çelsi Devis: Qarabağa səfərin davamını səbirsizliklə gözləyirəm Qarabağ 17:50 Foto III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib Fərdi 17:45 İsrael Baruk: Azərbaycan və Ermənistan uzunmüddətli münaqişələrə alternativ nümayiş etdirir Xarici siyasət 17:42 Bakıda itkin düşmüş şəxslər probleminə dair beynəlxalq müzakirələr aparılıb Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.