İdman24
Digər · APA Sport

Taliska “Samsunspor”la oyunu buraxacaq

“Fənərbağça”nın futbolçusu Anderson Talisca Türkiyə Super Liqasının növbəti turunda “Samsunspor”la qarşılaşmada iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la keçirilən oyunda (2:1) aldığı zərbədən sonra ağrı hiss edib.

Klubun yaydığı məlumata görə, bu gün keçirilən son məşqdən sonra Taliskanın vəziyyəti yenidən qiymətləndirilib.

Tibbi müayinənin nəticələrinə əsasən, 31 yaşlı futbolçu “Samsunspor”la matç üçün düşərgəyə cəlb olunmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə