İdman24
Digər · APA Sport

Koutinyo Neymarın komanda yoldaşı oldu

Braziliyalı futbolçu Filippe Koutinyo “Santos”a keçib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi “Vasko da Qama”dan ayrıldıqdan sonra azad agent statusunda idi. O, San-Paulu təmsilçisi ilə 2026-cı ilin sonuna qədər müqavilə imzalayıb.

Koutinyo “Santos”da Neymarla birgə çıxış edəcək.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl “Liverpul”, “Barselona”, “İnter”, “Bavariya” və “Aston Villa” kimi klublarda forma geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə