İdman24
Futbol · APA Sport

DÇ-26: İspaniya 1/4 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və İspaniya milliləri üz-üzə gəlirlər.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçın ilk hissəsində hesab açılmayıb.

Gərgin keçən ikinci hissədə qol 90+1-ci dəqiqədə vurulub. Mikel Merino İspaniyanı önə keçirən qola imza atıb.

Portuqalların hesabı bərabərləşdirmə cəhdi bir nəticə verməyib və matç "qırmızı furya"nın 1:0 hesablı qələbəsiylə başa çatıb.

İspaniya adını 1/4 final mərhələsinə yazdırıb, Portuqaliya üçün isə mundial başa çatıb.

Qeyd edək ki, İspaniya 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026 1/8 final 6 iyul 23:00. Portuqaliya – İspaniya 0:1

Portuqaliya : Kosta, Kanselu, Dias, Veyqa, Mendes, Neves, Vitinya, Neto, Bruno Fernandeş, Joao Feliks, Ronaldo

İspaniya : Unay Simon, Kukurelya, Laport, Kubarsi, Porro, Rodri, Pedri, Baena, Olmo, Lamin Yamal, Oyarzabal.

Orijinal mənbə

İdman24 əsas səhifə