Digər · APA Sport
İspaniyanın məğlubiyyətsizlik seriyası davam edir - 34 oyuna çatdı

İspaniya millisi məğlubiyyətsizlik seriyasını davam etdirib.
Apasport.az xəbər verir ki, DÇ-2026-nın 1/16 finalında Avstriyanı 3:0 hesabı ilə məğlub edən “qırmızı furya” oyunların normal vaxtında uduzmama seriyasını 34 oyuna çatdırıb.
İspaniya son məğlubiyyətini 2024-cü il martın 22-də yoldaşlıq oyununda Kolumbiyaya qarşı alıb.
Londonda keçirilən həmin görüşdə komanda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, İspaniya DÇ-2026-nın 1/8 finalında Portuqaliya - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.