Bakıda 200-dən çox qadın karateçinin iştirakı ilə seminar keçirilib

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakıda 200-dən çox qadın karateçinin iştirakı ilə seminar keçirilib Fərdi 26 oktyabr, 2026 12:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə xanım idmançılar üçün seminar keçirilib.
AKF-dən "Report" a verilən məlumata görə, tədbirdə yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil edən 200-dən çox karateçi iştirak edib.
Açılış mərasimində qurumun prezidenti Ülvi Quliyev, İdarə Heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanda qadın karatesinin inkişafına dəstək göstərmək, bu idman növünün xanımlar arasında kütləviliyini artırmaq, müxtəlif yaş qruplarından və idman klublarından olan karateçilər arasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq mühitini gücləndirmək olub.
Tədbir, eyni zamanda, gənc idmançıların peşəkar təcrübələrinin artırılması, onların beynəlxalq nailiyyətlər qazanmış idmançılarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi və gələcək idman uğurlarına həvəsləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Seminar müxtəlif yaş kateqoriyalarından olan xanım karateçilərin bir araya gəlməsinə, idman təcrübəsinin bölüşdürülməsinə və karate dəyərlərinin təbliğinə şərait yaradıb.
Azərbaycan Karate Federasiyası tərəfindən qadın karatesinin inkişafı, istedadlı idmançıların üzə çıxarılması, yeni nəslin idmana cəlb olunması və karatenin ölkə üzrə kütləviliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
200-dən çox xanım idmançının iştirak etdiyi seminar ölkədə qadın karatesinə artan marağın, idmançılar arasında birlik və həmrəyliyin gücləndirilməsinin, eləcə də karatenin kütləvi idman növü kimi inkişafının təşviqi baxımından əlamətdar tədbirlərdən biri olub.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 14:05 Foto Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib Hərbi 13:58 "Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək Maliyyə 13:53 Foto Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Fərdi 13:46 Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb Energetika 13:45 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Xarici siyasət 13:43 Azərbaycan Avstriyaya fındıq ixracını bərpa edib Biznes 13:38 Tom Berendsen: Niderland Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər Xarici siyasət 13:38 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır Xarici siyasət 13:37 Berendsen: Niderland Cənubi Qafqazda həlak olanların qalıqlarının identifikasiyası üçün yardım ayıracaq Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.