İdman24
Futbol · Report İdman

Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 11° C USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Futbol 28 noyabr, 2026 15:13 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.

"Report" un məlumatına görə, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA, Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

İlk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Fərid Qayıbov yarışın beşinci dəfə təşkil edildiyini xatırladıb:

"Hər bir iştirakçı quruma təşəkkür edirəm. Oyunlar gərgin mübarizə şəraitində keçir. Hər dəfə olduğu kimi yenə maraqlı mübarizə olacaq. Bu turnir idmanın kütləviliyi üçün çox vacibdir".

AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov iştirakçılara uğurlar arzulayıb:

"Azərbaycanda minifutbola xüsusi diqqət göstərilir. Minifutbol millimiz bu il tarixində ikinci dəfə Avropa çempionu oldu. Hər turnir bu idman növünün inkişafına təkan verir. Yarışa qatılan qurumlara minnət. Sizin burada iştirakınız birlik nümunəsidir".

Açılış mərasimi bədii hissə ilə davam edib, ardınca turnirin ilk oyunu start götürəcək.

Qeyd edək ki, 40 dövlət qurumunun qatıldığı yarış 2027-ci ilin mayında başa çatacaq.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Foto Mircavid Eminoğlu Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В Баку стартовал турнир по мини-футболу памяти Гейдара Алиева с участием 40 госструктур Foto Minifootball tournament in memory of Heydar Aliyev kicks off in Baku --> --> --> --> --> USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 23:06 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Region 23:01 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Digər ölkələr 22:50 Los-Anceles sahillərində güclü zəlzələ olub Digər ölkələr 22:42 "Mançester Yunayted" antirekord müəyyənləşdirib Futbol 22:30 Netanyahu baş nazir postunu Ayzenkota verməyə razılaşıb Digər ölkələr 22:26 Video Cəlilabadda fərdi ev tamamilə yanıb Hadisə 22:10 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Digər ölkələr 21:47 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib Hadisə 21:31 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə