İdman24
Futbol · APA Sport

“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb

“Sabah” UEFA Çempionlar Liqasındakı növbəti qələbəsi ilə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə növbəti töhfəni verib.

Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə Uelsin TNS klubunu 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində Azərbaycanın UEFA ölkə reytinqinə daha 0,250 əmsal əlavə olunub. Bununla da ölkəmizin 2026/2027 mövsümü üçün topladığı əmsal 1,000-ə yüksəlib.

Hazırda Azərbaycan 19,562 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Ölkəmiz 27-ci sıradakı Bolqarıstanı (18,312) qabaqlayır, 25-ci yerdə isə İsrail (20,750) qərarlaşıb.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” iki oyunun nəticəsinə əsasən II təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu növbəti raundda Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək.

Orijinal mənbə

İdman24 əsas səhifə