İdman24
Futbol · Report İdman

"Borussiya"nın baş məşqçisi Niko Kovaç: "Sabah"ı yaxşı təhlil etmişik"

İlham Əliyev Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Borussiya"nın baş məşqçisi Niko Kovaç: "Sabah"ı yaxşı təhlil etmişik" Futbol 19 oktyabr, 2026 19:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Almaniyanın "Borussiya" (Dortmund) klubu "Sabah" komandasını təhlil edib.

"Report" xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Bu, mənim artıq Bakıya ikinci gəlişimdir. Azərbaycan çox gözəl ölkədir. "Sabah"ı artıq təhlil etmişik. Rəqib komanda ilə bağlı lazımi məlumatlar bizdə var. Sabahkı görüşdə qələbə qazanmaq istəyirik".

O, sabahkı qarşılaşmada qələbə qazanmaq istədiklərini söyləyib:

"Bizi sabah çətin qarşılaşma gözləyir. Mübariz futbol sərgiləyəcəyik. Mütləq bu görüşdə qələbə qazanmalıyıq. Heyətdə zədəli futbolçular olsa da, matça ciddi hazırlaşmışıq".

N. Kovaç öz komandasını "Sabah"la görüşün aşkar favoriti kimi gördüyünü vurğulayıb:

"Sabah"a hörmətlə yanaşırıq. Amma düşünürəm ki, biz açıq-aşkar favorit sayılırıq. Mənim fikrim belədir. Əgər başqa cür danışsaydım, bu doğru olmazdı. Lakin futbolda bunun özü çox da böyük əhəmiyyət daşımır. Əminəm ki, sabahkı oyunda qələbə qazanmaq üçün kifayət qədər keyfiyyətə sahibik. Sabah meydanda hər şeyi görəcəyik və ümid edirəm ki, sonda qələbəni əldə edə biləcəyik".

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Ковач заявил о готовности "Боруссии" к сложному матчу с "Сабахом" --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 20:12 "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik" Futbol 20:05 Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib Digər ölkələr 19:56 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb ASK 19:52 Foto Ağdərə rayonunun Heyvalı kəndinin sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib Sosial müdafiə 19:47 Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb - Yenilənib Digər ölkələr 19:44 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb İKT 19:37 Daniel Svensson: "Sabah"la oyuna qələbə üçün çıxacağıq" Futbol 19:30 Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib Daxili siyasət 19:22 "Borussiya"nın baş məşqçisi Niko Kovaç: "Sabah"ı yaxşı təhlil etmişik" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə