Digər · APA Sport
Leao seçimini etdi - İngiltərədə çıxış edəcək

“Milan”ın portuqaliyalı ulduzu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 27 yaşlı vinger “Aston Villa”nın təklifini qəbul edib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, futbolçu Premyer Liqa təmsilçisinin illik 8 milyon avroluq maaş şərtini qəbul edib. Leao daha əvvəl “Qalatasaray”ın illik 12 milyon avroluq təklifini geri çevirib.
“Aston Villa”nın “Milan”a təklifinin 8 milyon avro icarə haqqı və məcburi satınalma şərti ilə ümumilikdə təxminən 50 milyon avroya çatdığı qeyd olunur.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”da çıxış edir. Portuqaliya millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.