İdman24
Futbol · Report İdman

44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia 44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Qarabağ 20 sentyabr, 2026 11:00 Azərbaycanın müasir dövlətçilik tarixində 20 Sentyabr xüsusi siyasi və tarixi məna daşıyan gündür.

Bunu "Report" a Milli Məclisin deputatı Azər Kərimli deyib.

O qeyd edib ki, bu tarix təkcə 2023-cü ilin sentyabrında həyata keçirilmiş hərbi əməliyyatın başa çatdığı gün deyil:

"20 Sentyabr Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış bütün ərazisi üzərində öz suveren hakimiyyətini tam təmin etdiyi, Konstitusion quruluşunu bütün ölkə ərazisində bərqərar etdiyi tarixi mərhələdir".

Onun fikrincə, məhz buna görə 20 Sentyabrı yalnız hərbi hadisənin nəticəsi kimi qiymətləndirmək kifayət etmir.

"Bu gün Azərbaycanın uzun illər ərzində qarşısında dayanan ən fundamental dövlətçilik məsələsinin həll olunduğu tarixi nöqtədir: dövlətin hüquqi sərhədləri ilə onun faktiki sərhədləri nəhayət üst-üstə düşdü. Bu nəticəyə aparan yol isə bir gündə və ya bir ildə formalaşmamışdı. Onun arxasında uzun illər ərzində aparılmış dövlət siyasəti, gücləndirilmiş iqtisadi və hərbi potensial, beynəlxalq müstəvidə ardıcıl mövqe və nəticə etibarilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş hərbi-siyasi strategiya dayanırdı", - deputat deyib.

O, vurğulayıb ki, 2020-ci ilin Vətən müharibəsindən 2023-cü ilin sentyabrına qədər baş verən hadisələr bir-birindən ayrı epizodlar deyil, vahid strateji prosesin ardıcıl mərhələləri idi:

"2020-ci ildə başlayan tarixi proses 2023-cü ilin sentyabrında məntiqi nəticəsinə çatdı. Bu prosesdə Ali Baş Komandanın rolu yalnız hərbi əməliyyatlara rəhbərlik kontekstində qiymətləndirilməməlidir. 2020 və 2023-cü illərin hadisələri Azərbaycan dövlətinin siyasi rəhbərliyi ilə ordunun imkanlarının vahid strateji məqsəd ətrafında birləşməsinin nəticəsi kimi tarixə daxil oldu".

Deputat bildirib ki, suverenliyin tam bərpasını Azərbaycan dövlətçiliyinin üç əsas amilinin – siyasi iradənin, güclü ordunun və xalqın milli birliyinin ortaq nəticəsi kimi qiymətləndirmək mümkündür.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Aysel Aslan Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 12:14 Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb Futbol 12:13 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Ekologiya 12:01 Çin şirkəti "Kinetica-1" daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb İKT 12:00 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Daxili siyasət 11:49 Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək Fərdi 11:35 Video DİN: Tarixi missiya uğurla yerinə yetirildi Daxili siyasət 11:25 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Xarici siyasət 11:24 Braziliyalı hücumçu Rafinya "Barselona"nın tarixinə düşüb Futbol 11:19 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə