İdman24
Futbol · Report İdman

FIFA U-15 üzrə ilk dünya çempionatı ilə əlaqədar Azərbaycana gələnlər üçün viza proseduru sadələşdirilib

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 27° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia FIFA U-15 üzrə ilk dünya çempionatı ilə əlaqədar Azərbaycana gələnlər üçün viza proseduru sadələşdirilib Xarici siyasət 21 sentyabr, 2026 16:29 Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

"Report" un məlumatına görə, Sərəncamla müəyyən edilir ki, Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar respublikaya gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.

Sərəncama əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı ilə əlaqədar respublikayaa gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

XİN, həmçinin Azərbaycanda keçiriləcək "FIFA U-15 World Cup and Festival" ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti isə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə çempionat və festivalla əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Азербайджан упрощает визовый режим для гостей чемпионата мира и фестиваля по футболу U-15 Azerbaijan simplifies visa procedures for FIFA U-15 World Cup USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 18:43 Video Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 Hadisə 18:40 Şahmat Olimpiadası: Azərbaycanın kişi komandası qələbə qazanıb, qadınlar isə məğlub olublar Fərdi 18:33 Xəzər dənizində zəlzələ olub Digər 18:31 Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib Hadisə 18:23 Azərbaycan cüdoçuları Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər Fərdi 18:20 Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır Digər ölkələr 18:16 Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq Maliyyə 18:14 Qranit Caka saxta COVID-19 arayışına görə İsveçrə millisindən uzaqlaşdırılıb Futbol 18:10 "Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə məlumat verilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə