“Seltik” – “Beşiktaş” matçının hakimi bəlli oldu

UEFA Avropa Liqasının liqa mərhələsinin IV turunda keçiriləcək “Seltik” – “Beşiktaş” matçının hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Şotlandiyada baş tutacaq qarşılaşmanı almaniyalı FIFA referisi Saşa Ştegemann idarə edəcək.
Ona həmyerliləri Kristof Günş və Marko Axmüller kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Martin Petersen yerinə yetirəcək.
Konfrans Liqasının liqa mərhələsinin III turunda keçiriləcək “Trabzonspor” – “Frayburq” görüşünə isə estoniyalı Kristo Tohver təyinat alıb.
Onun köməkçiləri Silver Koiv və Sander Saqa olacaq. Dördüncü hakim vəzifəsini Kevin Kaivoya həvalə edilib.
Qeyd edək ki, hər iki qarşılaşma noyabrın 5-də keçiriləcək. Trabzondakı matç Bakı vaxtı ilə saat 21:45-də, Qlazqodakı görüş isə noyabrın 6-na keçən gecə saat 00:00-da başlayacaq.