Futbol · APA Sport
“Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi

Azərbaycan UEFA-nın ölkələr üzrə reytinqində bir pillə irəliləyib.
Apasport.az xəbər verir ki, buna “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Çexiyanın “Slaviya” klubuna qalib gəlməsi səbəb olub.
Bakı təmsilçisinin qələbəsi Azərbaycanın reytinqinə 0,500 əmsal əlavə edib. Bununla da ölkəmizin xal ehtiyatı 24,187-yə yüksəlib.
Azərbaycan hazırda 24-cü pillədə qərarlaşıb. Siyahıda ölkəmizi 24,337 xalla Ukrayna qabaqlayır. İsrail isə 24,125 xalla 25-ci yerdədir.
UEFA-nın ölkələr üzrə reytinqinə 104,019 xalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, “Sabah” oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib.