İdman24
Digər · Report İdman

Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 14° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib Daxili siyasət 08 noyabr, 2026 00:07 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Bu barədə "Report" a FHN-dən məlumat verilib.

Bildirilib ki, əvvəlcə, Azərbaycan Dövlət Himni səsləndirilib.

Sonra tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış, çempionatın gedişini və yaddaqalan məqamlarını əks etdirən videoçarxı izləyiblər.

Fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev mərasimdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, yanğın-xilasetmə idmanının əməkdaşların fiziki hazırlığının və peşəkar bacarıqlarının artırılmasındakı əhəmiyyətindən bəhs edib.

Sonra ümumi nəticələrə görə komandaların mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə, qadınlar arasında yarışların qalibləri təltif olunublar.

Qeyd edək ki, qadınlardan ibarət komandaların mübarizəsində ümumi nəticələrə görə I yerə Rusiya Federasiyası, II yerə Belarus Respublikası, III yerə isə Qazaxıstan Respublikasının komandası layiq görülüb.

Sonra qalib komandanın təmsil etdiyi ölkənin Dövlət Himni səsləndirilib.

Mərasim çərçivəsində qadınlardan ibarət komandaların məşqçiləri də mükafatlandırılıblar.

Daha sonra kişilər arasında yarışların qalibləri və mükafatçıları təltif ediliblər.

Qeyd edək ki, kişilərdən ibarət komandaların mübarizəsində ümumi nəticələrə görə I yerə Rusiya Federasiyası, II yerə Belarus Respublikası, III yerə isə Qazaxıstan Respublikasının komandası layiq görülüb.

Qalib komandanın təmsil etdiyi ölkənin Dövlət Himni səsləndirilib.

Mərasimdə kişilərdən ibarət komandaların məşqçilərinə də mükafatlar təqdim edilib.

Sonra çempionatın bayrağının təhvil verilməsi mərasimi olub.

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının İcraiyyə Komitəsinin direktoru Andrey Kalinin çıxış edərək, çempionatın keçirilməsi üçün yaradılmış şəraitə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Çempionatın bayrağı fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev tərəfindən Belarus Respublikası fövqəladə hallar nazirinin birinci müavini daxili xidmət polkovniki Sergey Lapanoviçə təqdim edilib. Sergey Lapanoviç tədbirin yüksək səviyyədə təşkilinə və iştirakçılar üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian çıxış edərək, çempionatın yüksək təşkilatçılıq səviyyəsinə, iştirakçılara göstərilən qonaqpərvərliyə və yaradılmış şəraitə görə Azərbaycana minnətdarlığını bildirib, Bakıda keçirilən dünya çempionatını bağlı elan edib.

Daha sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına qarşılıqlı əlaqələrin genişləndirilməsindəki fəaliyyətlərinə görə medallar təqdim olunub.

Sonda 8 Noyabr – Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Bağlanış mərasimi konsert proqramı ilə başa çatıb.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı В Баку состоялась церемония закрытия ЧМ по пожарно-спасательному спорту --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 00:33 İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək Digər ölkələr 00:07 Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib Daxili siyasət 00:00 Bu gün Azərbaycanda Zəfər Günüdür Daxili siyasət 00:00 Foto Şuşanın azad olunmasından 6 il ötür Qarabağ 23:56 Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır Daxili siyasət 23:52 Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb Digər ölkələr 23:37 Trampla demokratlar arasında qarşıdurma dərinləşir Digər ölkələr 23:16 Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib Region 23:03 Foto "Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub Mədəniyyət siyasəti Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə