XİN Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib - AHMET ÇAKAR DA VAR

Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.
Bu barədə APA -ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Siyahıda keçmiş futbol hakimi, hazırda idman şərhçisi kimi fəaliyyət göstərən Ahmet Çakar da yer alıb.
Məlumata görə, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:
XİN-dən o da bildirilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.