Döyüş İdmanı · APA Sport
U-17 DÇ: Tunar Həsənov qələbə ilə 1/4 finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Radoslav Velikovu 4:1 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatı Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.