“Tanrının əli” topu 3,3 milyon dollara satıldı

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında “Tanrının əli” qolu zamanı istifadə etdiyi top hərracda satılıb.
Apasport.az xəbər verir ki, ABŞ-də keçirilən hərracda “Adidas Azteca” topu 3,3 milyon dollara alınıb.
Qeyd edək ki, 1986-cı il dünya çempionatının 1/4 finalında Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Maradona hər iki qolu vurub. Onlardan birini əli ilə vuran argentinalı futbolçu sonradan qolu “Tanrının əli” ifadəsi ilə izah edib.
Top 2022-ci ilədək həmin görüşün tunisli baş hakimi Əli Bin Nasserdə saxlanılıb. Daha sonra o, topu 2,37 milyon dollara satıb.
Yeni sahibi topu 2023-cü ildə də hərraca çıxarıb, lakin təkliflər müəyyən edilmiş minimum məbləğə çatmadığı üçün satış baş tutmayıb.