İdman24
Digər · APA Sport

Bakıda AFFA Fitnes C kursu başlayıb

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində AFFA Fitnes C kursuna start verilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Tədbirin açılışında qurumun baş katibinin müavini Elçin Məmmədov iştirak edib. AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirakçılara uğurlar arzulayıb.

Kursun məşğələlərini assosiasiyanın fitnes üzrə mütəxəssisi Turcay Əhmədov keçir. Proqram futbol klublarında, akademiyalarda və futbolun inkişafı mühitində çalışan fitnes məşqçiləri, eləcə də bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

AFFA Futbol Fitnesi C Sertifikat Proqramının əsas məqsədi iştirakçılara futbolçuların fiziki hazırlığı üzrə baza bilik və bacarıqları qazandırmaq, həmçinin onları UEFA Fitnes B təhsil yoluna hazırlamaqdır.

Qeyd edək ki, kurs fasilələrlə noyabrınadək davam edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə