AK Ukraynaya dronların, döyüş sursatlarının və HHM sistemlərinin alınması üçün daha 1,71 milyard avro ayırıb

İlham Əliyev COP31 Bakı 10° C USD - 1.700 EUR - 1.873 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AK Ukraynaya dronların, döyüş sursatlarının və HHM sistemlərinin alınması üçün daha 1,71 milyard avro ayırıb Digər ölkələr 16 noyabr, 2026 15:36 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək üçün ayırdığı 90 milyard avro həcmindəki kredit çərçivəsində növbəti 1,71 milyard avro məbləğindəki tranşı Ukraynaya köçürüb.
"Report" un Avropa bürosunun AK-ya istinadən verdiyi məlumata görə, vəsaitlər pilotsuz uçuş aparatlarının, döyüş sursatlarının və hava hücumundan müdafiə (HHM) sistemlərinin, o cümlədən erkən xəbərdarlıq radarları və raketlərin alınması üçün nəzərdə tutulub.
Bu, həmin kredit mexanizminin müdafiə komponenti üzrə Ukraynaya ayrılan artıq 8-ci tranşdır.
"Maliyyələşdirmə Kiyevə Ukrayna və Avropa istehsalçılarından hərbi texnika və silah almağa imkan verəcək", - AK-nin məlumatında bildirilib.
Köçürülən məbləğin təxminən 40 %-i Aİ ölkələrində yerləşən istehsalçılarla müqavilələrə yönəldiləcək.
AK-nin sədri Ursula fon der Lyayen bildirib ki, Aİ Ukraynaya dəstəyini, eləcə də ölkənin suverenliyi və ərazi bütövlüyünü, həmçinin Avropanın təhlükəsizliyini təmin edəcək ədalətli və möhkəm sülhün əldə olunması istiqamətində işləri davam etdirəcək.
Avropa Komissiyasının məlumatına görə, 2026-cı ilin sonunadək Ukrayna üçün Aİ-nin 23,6 milyard avro maliyyə dəstəyi hələ də əlçatandır. Bu məbləğin təxminən 19,2 milyard avro hissəsi Ukraynaya dəstək krediti çərçivəsində nəzərdə tutulub, buraya ölkənin müdafiə-sənaye potensialının gücləndirilməsi üçün 10,2 milyard avro və büdcə yardımı üçün 9 milyard avro daxildir. "Ukraine Facility" proqramı çərçivəsində daha demək olar ki, 4,4 milyard avro büdcə dəstəyi əlçatan olaraq qalır.
Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Aİ və onun üzv dövlətləri Kiyevə, dondurulmuş Rusiya aktivlərindən əldə olunan 3,8 milyard avro gəlir də daxil olmaqla, 237,6 milyard avro yardım təqdim ediblər.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Kəmalə Mustafayeva Sosial şəbəkələrdə paylaşın Kopyalandı Еврокомиссия выделила Украине еще €1,71 млрд на закупку дронов, боеприпасов и систем ПВО European Commission disburses $1.88B tranche to Ukraine --> --> --> --> --> USD - 1.700 EUR - 1.873 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 00:28 Kuşner ABŞ, Rusiya, Ukrayna və Avropa arasında genişləndirilmiş görüşə hazırlıqları açıqlayıb Digər ölkələr 00:11 Azərbaycanda Milli Dirçəliş Günüdür Daxili siyasət 00:06 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Daxili siyasət 23:51 Foto Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib Futbol 23:40 ABŞ məlumat mərkəzlərinin istixana qazı emissiyaları Danimarkanın illik göstəricilərinə bərabərdir Digər ölkələr 23:12 Zelenski: Avropanın iştirakı ilə Ukrayna və ABŞ arasında onlayn danışıqlar aparılıb Digər ölkələr 22:55 Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib Xarici siyasət 22:49 İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib Digər ölkələr 22:40 ABŞ-nin onilliklər ərzində ilk dəfə yeni nüvə aviabombasının adı açıqlanıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.