İdman24
Digər · APA Sport

Muradın komandası əsas mərhələdə: EMRELİ VƏ ƏLİYEVDƏN VİDA

UEFA Avropa və Konfrans Liqalarında mübarizə davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri də növbəti matçlarına çıxıblar.

Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" "Lillstrom"la qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə nəticələnib - 1:2. Bununla da, Albaniya klubu mübarizəni dayandırıb. Əliyev matça 99-cu dəqiqədə daxil olub.

Mahir Emrelinin şərəfini qoruduğu "Rakov"da mübarizəni dayandırıb. Komanda "Hayduk"la bacarmayıb - 2:3. Oyuna start heyətdə başlayan Emreli 88-ci dəqiqədə qol vurub.

Murad Məmmədovun "Pafos"u isə "Dinamo Siti" ilə qarşılaşıb. Cənubi Kipr təmsilçisi 4:2 hesablı qələbəyə sevinib və liqa mərhələsinə yüksəlib.

Orijinal mənbə

İdman24 əsas səhifə