İdman24
Futbol · APA Sport

“İmişli”dən növbəti transfer

“İmişli" heyətini növbəti transferlə gücləndirib.

Apasport.az xəbər verir ki, klub Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadə ilə anlaşıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış edən Bəxtiyar son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə