İdman24
Futbol · APA Sport

Montelladan futbolçularına çağırış - “Ruh görmək istəyirəm”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella ABŞ-la oyun öncəsi açıqlama verib.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis komandadan ciddi və aqressiv oyun gözlədiyini bildirib.

Montella ABŞ yığmasının fiziki gücünü xüsusi vurğulayıb:

“Bu gün meydanda aqressivlik, ruh görmək istəyirəm. Sanki 3 xalı almağa məcburuq kimi ciddi oyun oynadığımızı görmək istəyirəm. Bu, inkişaf yolumuz üçün vacib sınaqdır.

Komanda kimi düşünməliyik, fərdi yox. Ona görə də ən vacib məsələ birlikdə hərəkət etməkdir. ABŞ ciddi fiziki gücə və atletizmə sahib komandadır.

Daha əvvəl dediyim kimi, baş məşqçilərinin xarakteri meydanda hiss olunur. Onlar çox atletik komandadırlar.

Meydanda doğru zonalardan necə istifadə etməyi və boşluqları necə dəyərləndirməyi yaxşı bilirlər. Buna qarşı dözməliyik”.

Qeyd edək ki, Türkiyə - ABŞ matçı bu gün Bakı vaxtı ilə saat 06:00-da start götürəcək. Hər iki komanda D qrupunda pley-off uğrunda mübarizə aparır.

Orijinal mənbə

İdman24 əsas səhifə