Digər · APA Sport
Dünya çempionatı finalında tarixi yaş fərqi

Argentina və İspaniya arasında keçirilən 2026-cı il Dünya çempionatının final matçında maraqlı göstərici qeydə alınıb.
Apasport.az xəbər verir ki, finalda meydanda olan Lionel Messi və Lamin Yamal arasındakı yaş fərqi DÇ finalları tarixinə rekord kimi düşüb.
Belə ki, ötən ay 39 yaşı tamam olan Lionel Messi ilə turnir gedişində 19 yaşını qeyd edən Lamin Yamal eyni final matçında ilk 11-likdə yer alıblar.
Bu, Dünya çempionatları tarixində final oynayan komandaların heyətində 20 ildən çox yaş fərqi olan oyunçuların birgə forma geyindiyi ilk görüş olub.