Qarabağ Milli Parkındakı şirin sudan akvakultura üçün istifadə etmək mümkün olacaq

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qarabağ Milli Parkındakı şirin sudan akvakultura üçün istifadə etmək mümkün olacaq ASK 05 noyabr, 2026 14:40 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağ Milli Parkındakı şirin sudan onun kənarlarında akvakultura subyektləri kimi istifadə etmək mümkün olacaq.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrdə bildirib.
"Bir sıra qorunan ərazilər mövcuddur. Onlar milli parklardır, dövlət təbiət qoruqlarıdır, yasaqlıqlardır və sairə. Hansılar ki, biomüxtəlifliyi təbii şəraitdə, təbii landşaftda mühafizəsini təmin edir. Yəni biomüxtəliflik ilkin vəziyyətdə mühafizə olunur və mühafizənin müxtəlif komponentləri orada icra olunur. Biomüxtəliflik cəhətdən balıq növlərinin sayının müqayisəsində, məsəl üçün, 2013-cü ildə Azərbaycanda nəşr olunan "Qırmızı Kitab"a 9 balıq növü daxil idisə, 2023-cü ildə artıq bu kitaba 11 balıq növü daxil olunub. Yəni respublikada mövcud olan 104 balıq növündən artıq 11-i "Qırmızı Kitab"dadır, onların nəsli kəsilmək üzrədir. Əlbəttə ki, burada müəyyən obyektiv və subyektiv səbəblər var və bu istiqamətdə qorunan ərazilərin rolu xüsusi qeyd edilməlidir",-deyə o qeyd edib.
Rəis müavini əlavə edib ki, xüsusilə qurumun idarəetməsində olan təbii ərazilər bir sıra ekosistem xidmətləri göstərir ki, bunlar akvakultura sahəsi üçün vacib istiqamətlərdən biridir: "Belə ki, ekosistem xidmətlərinin ən birincisi orada mövcud olan bataqlıq ekosistemləridir. Bilirsiniz ki, onlar suyun təmizlənməsində təbii filtr rolunu oynayır və buradakı təmizlənmiş su akvakulturada istifadə olunan su mənbəyi kimi resurslardan biridir. Digər ekosistem xidməti meşə ekosistemləridir ki, bu da suyun filtrasiyası rolunu oynayır".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Elşən Aydınov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 15:34 Madaqaskarlı nazir dövlət idarəçiliyində şəffaflığı təmin etməyə çağırıb Xarici siyasət 15:25 AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir ASK 15:22 Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib İKT 15:21 Foto Azərbaycan-Gürcüstan hərbi təhsildə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb Hərbi 15:13 Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir Xarici siyasət 15:10 Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb Digər ölkələr 15:08 Nəriman Axundzadə: "Ərzurumspor"da daha çox forma şansı qazanacağıma inanıram" Futbol 15:06 Akvakultura Mərkəzi: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər ASK 15:02 Foto Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.